Idman.biz saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Rusiyanın Kalininqrad şəhərində boks üzrə dünya yığması ilə Rusiya millisi arasında komanda yarışı keçirilib.
İdman.Biz xəbər verir ki, maraqla gözlənilən gecədə Azərbaycan millisinin lideri Məhəmməd Abdullayev də rinqə çıxıb.
+90 kq çəki dərəcəsində dünya yığmasının heyətində yer alan boksçumuz rusiyalı Vladislav Vişevlə üz-üzə gəlib. Gərgin keçən döyüşün sonunda Abdullayev hakimlərin yekdil qərarı ilə qalib elan olunub.
Qeyd edək ki, boksçumuzun bu uğuru dünya yığmasının ümumi hesabına vacib xal qazandırıb.
İdman.Biz
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.