AZ

“Bütün məktəbimiz mənimlə fəxr edir” Yusif Əzimzadənin ə AÇIQLAMASI VİDEO

ain.az, Idman.biz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Yusif Əzimzadə bu yaxınlarda İstanbulda keçirilən eşitmə məhdudiyyətli idmançılar arasında Şotokan karate üzrə dünya çempionatında (U18) 60 kq çəki dərəcəsində qalib gələrək dünya çempionu olub.

O, Qara Qarayev adına internat məktəbinin 10-cu sinif şagirdidir.

Yusif Əzimzadə İdman.Biz-ə qələbə ilə bağlı təəssüratlarını bölüşüb:

“Sinif yoldaşlarım və məktəbdəki bir çox şagirdlər bu qələbəyə çox sevindilər. Onlar mənə inanır və daha böyük uğurlar qazanacağıma əmindirlər. Bu, əlbəttə ki, mənə yeni nailiyyətlər üçün böyük motivasiya verir. Mən karate ilə məşğul olmağı məktəbi bitirdikdən sonra da dayandırmayacağam. Bu idman mənim həyatımın bir parçasıdır. Gələcəkdə məni daha böyük qələbələrin gözlədiyinə inanıram”, - deyə o bildirib.

Bu gönderiyi Instagram'da gör

İdman.Biz (@idmanbiz)'in paylaştığı bir gönderi

Vüqar Vüqarlı

İdman.Biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
41
icma.az

1Mənbələr