Bakı. Trend:
Xəbər verdiyimiz kimi, Dövlət İmtahan Mərkəzi martın 9-da ölkəüzrə keçirilimiş buraxılış imtahanlarının nəticələrini açıqlayıb.Buraxılış imtahanında ölkə üzrə üç nəfər mümkün olan ən yüksəknəticəni göstərib. Region şagirdləri arasında da yüksək nəticəgöstərənlər var.
TrendŞəki-Zaqatala regionu üzrə ən yüksək nəticə göstərmiş AylinRəhimlinin imtahanla bağlı təəssuratlarını öyrənib.
Aylin Rəhimli Qəbələ şəhər V.Qəhrəmanov adına 1 saylı tam ortaməktəbin şagirdidir. o, 298 ballıq nəticə ilə ölkə ikincisiolub.
Onun sözlərinə görə, imtahan çətin keçməyib:
"Yeganə problem düşündürücü suallar idi ki, bu da xeyli vaxtaparırdı. Əslində hədəfim 300 bal idi, lakin dediyim kimi vaxtməhdudiyyəti səbəbindən çox düşünməyə vaxtım olmadı. Amma, təbiiki, yüksək nəticə gözləyirdim".
Aylin Rəhimli bildirib ki, 3-cü ixtisas qrupu üzrə hazırlaş vəDövlət İdarəçilik Akademiyasında hüquq ixtisası üzrə təhsil almağıplanlaşdırır.
Aylin qarşıdakı qəbul imtahanında da yüksək nəticə əldə etməküçün çalışdığını deyir. O, fənnlər üzrə sualların çətinlik dərəcəsihaqqında da fikrini bölüşüb:
"Deyə bilərəm ki İngilis dili normal idi, Azərbaycan dilindədüşündürücü suallar olsa da, həddən artıq çətin olduğunu deməzdim,riyaziyyatda da açıq suallar düşündürücü idi, digərləri isə rahatsuallar idi".
"Ölkə ikincisi olmaq mənim üçün qürurdur. İmtahana hazırlaşanuşaqlara tövsiyəm o ola bilər ki, mümkün qədər diqqətlərini dərsəcəmləsinlər, hazırlaşdıqları fənlər üzrə çoxlu sınaqlar işləsinlərvə ən önəmlisi isə öz potensiallarına inansınlar", - Aylin əlavəedib.