AZ

Ölkə ikincisi Aylin uğurun sirrini açıqladı (FOTO)

Xəbər verdiyimiz kimi, Dövlət İmtahan Mərkəzi martın 9-da ölkə üzrə keçirilimiş buraxılış imtahanlarının nəticələrini açıqlayıb. Buraxılış imtahanında ölkə üzrə üç nəfər mümkün olan ən yüksək nəticəni göstərib. Region şagirdləri arasında da yüksək nəticə göstərənlər var.

Aznews.azŞəki-Zaqatala regionu üzrə ən yüksək nəticə göstərmiş Aylin Rəhimlinin imtahanla bağlı təəssuratlarını öyrənib.

Aylin Rəhimli Qəbələ şəhər V.Qəhrəmanov adına 1 saylı tam orta məktəbin şagirdidir. o, 298 ballıq nəticə ilə ölkə ikincisi olub.

Onun sözlərinə görə, imtahan çətin keçməyib:

"Yeganə problem düşündürücü suallar idi ki, bu da xeyli vaxt aparırdı. Əslində hədəfim 300 bal idi, lakin dediyim kimi vaxt məhdudiyyəti səbəbindən çox düşünməyə vaxtım olmadı. Amma, təbii ki, yüksək nəticə gözləyirdim".

Aylin Rəhimli bildirib ki, 3-cü ixtisas qrupu üzrə hazırlaş və Dövlət İdarəçilik Akademiyasında hüquq ixtisası üzrə təhsil almağı planlaşdırır.

Seçilən
29
6
aznews.az

8Mənbələr