Dövlət İmtahan Mərkəzi martın 9-da ölkə üzrə keçirilimiş buraxılış imtahanlarının nəticələrini açıqlayıb. Buraxılış imtahanında ölkə üzrə üç nəfər mümkün olan ən yüksək nəticəni göstərib. Region şagirdləri arasında da yüksək nəticə göstərənlər var.
Publika.az xəbər verir ki, "Trend" Şəki-Zaqatala regionu üzrə ən yüksək nəticə göstərmiş Aylin Rəhimlinin imtahanla bağlı təəssüratlarını öyrənib.
Aylin Rəhimli Qəbələ şəhər V.Qəhrəmanov adına 1 saylı tam orta məktəbin şagirdidir. O, 298 ballıq nəticə ilə ölkə ikincisi olub.
Onun sözlərinə görə, imtahan çətin keçməyib:
"Yeganə problem düşündürücü suallar idi ki, bu da xeyli vaxt aparırdı. Əslində, hədəfim 300 bal idi, lakin dediyim kimi vaxt məhdudiyyəti səbəbindən çox düşünməyə vaxtım olmadı. Amma təbii ki, yüksək nəticə gözləyirdim".