AZ

Ölkə ikincisi Aylin uğurun sirrini açıqladı FOTO

ain.az bildirir, Milli.az saytına əsaslanaraq.

Xəbər verdiyimiz kimi, Dövlət İmtahan Mərkəzi martın 9-da ölkə üzrə keçirilimiş buraxılış imtahanlarının nəticələrini açıqlayıb. Buraxılış imtahanında ölkə üzrə üç nəfər mümkün olan ən yüksək nəticəni göstərib. Region şagirdləri arasında da yüksək nəticə göstərənlər var.

Milli.Az xəbər verir ki, Trend Şəki-Zaqatala regionu üzrə ən yüksək nəticə göstərmiş Aylin Rəhimlinin imtahanla bağlı təəssuratlarını öyrənib.

Aylin Rəhimli Qəbələ şəhər V.Qəhrəmanov adına 1 saylı tam orta məktəbin şagirdidir. o, 298 ballıq nəticə ilə ölkə ikincisi olub.

Onun sözlərinə görə, imtahan çətin keçməyib:

"Yeganə problem düşündürücü suallar idi ki, bu da xeyli vaxt aparırdı. Əslində hədəfim 300 bal idi, lakin dediyim kimi vaxt məhdudiyyəti səbəbindən çox düşünməyə vaxtım olmadı. Amma, təbii ki, yüksək nəticə gözləyirdim".

Aylin Rəhimli bildirib ki, 3-cü ixtisas qrupu üzrə hazırlaş və Dövlət İdarəçilik Akademiyasında hüquq ixtisası üzrə təhsil almağı planlaşdırır.

Aylin qarşıdakı qəbul imtahanında da yüksək nəticə əldə etmək üçün çalışdığını deyir. O, fənnlər üzrə sualların çətinlik dərəcəsi haqqında da fikrini bölüşüb:

"Deyə bilərəm ki İngilis dili normal idi, Azərbaycan dilində düşündürücü suallar olsa da, həddən artıq çətin olduğunu deməzdim, riyaziyyatda da açıq suallar düşündürücü idi, digərləri isə rahat suallar idi".

"Ölkə ikincisi olmaq mənim üçün qürurdur. İmtahana hazırlaşan uşaqlara tövsiyəm o ola bilər ki, mümkün qədər diqqətlərini dərsə cəmləsinlər, hazırlaşdıqları fənlər üzrə çoxlu sınaqlar işləsinlər və ən önəmlisi isə öz potensiallarına inansınlar", - Aylin əlavə edib.Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
35
6
news.milli.az

8Mənbələr