AZ

Azərbaycan millisi Çexiyaya uduzdu

style='margin-bottom:10px;'>

19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində ikinci oyununa çıxıb.

QOL.az xəbər verir ki, Həbib Ağayevin baş məşqçisi olduğu yığmamız Çexiya ilə üz-üzə gəlib. Xorvatiyanın Luçko şəhərindəki keçirilən qarşılaşma rəqibin 9:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Xatırladaq ki, U-19 yığmamız bundan öncə Xorvatiyaya 6 cavabsız qolla məğlub olub.

Qeyd edək ki, Azərbaycan millisi aprelin 17-də Gürcüstanla üz-üzə gələcək.

Seçilən
15
4
teleqraf.com

5Mənbələr