AZ

Azərbaycanın U-19 millisi Çexiyaya 0:9 hesabı ilə uduzdu

BAKI, 14 aprel. TELEQRAF

19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində ikinci oyununa çıxıb.

Teleqraf xəbər verir ki, yığma Çexiya ilə üz-üzə gəlib.

Xorvatiyanın Luçko şəhərindəki keçirilən qarşılaşma rəqibin 9:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, U-19 yığması bundan öncə Xorvatiyaya 0:6 hesabı ilə məğlub olub. Milli komanda aprelin 17-də Gürcüstanla üz-üzə gələcək.

Seçilən
0
4
teleqraf.com

5Mənbələr