Qol.az portalından alınan məlumata görə, ain.az xəbər verir.
Azərbaycan millisi Çexiyaya uduzdu
19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində ikinci oyununa çıxıb.
QOL.az xəbər verir ki, Həbib Ağayevinin komandası Çexiya ilə üz-üzə gəlib. Xorvatiyanın Luçko şəhərindəki keçirilən qarşılaşma rəqibin 9:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Xatırladaq ki, U-19 yığmamız bundan öncə Xorvatiyaya 6 cavabsız qolla məğlub olub.
Qeyd edək ki, Azərbaycan millisi aprelin 17-də Gürcüstanla üz-üzə gələcək.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.