19 yaşadək qadın futbolçulardan ibarət millimiz Avropa çempionatının seçmə mərhələsində ikinci oyununa çıxıb.
"Football-plus.az" xəbər verir ki, Həbib Ağayevinin komandası Çexiya ilə üz-üzə gəlib. Xorvatiyanın Luçko şəhərindəki keçirilən qarşılaşma rəqibin 9:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Xatırladaq ki, U-19 yığmamız bundan öncə Xorvatiyaya 0:6 hesabı ilə məğlub olub
Millimiz aprelin 17-də Gürcüstanla üz-üzə gələcək.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta