Rusiya lideri Vladimir Putin İran Prezidenti Masud Pezeşkianla telefon danışığı aparıb.
KONKRET.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, Pezeşkian dünən İslamabad şəhərində keçirilmiş İran–ABŞ danışıqlarını dəyərləndirib. O, gərginliyin azaldılmasına yönəlmiş mövqeyinə və Tehrana göstərilən dəstəyə görə Moskvaya təşəkkürünü bildirib.
Tərəflər ikitərəfli əməkdaşlığın aktual məsələlərini də müzakirə edərək, Rusiya–İran münasibətlərinin hərtərəfli şəkildə daha da möhkəmləndirilməsi istiqamətində qarşılıqlı iradəni təsdiqləyiblər.
Bundan əlavə, Masud Pezeşkian Vladimir Putini və Rusiyanın pravoslav xristianlarını Pasxa münasibətilə təbrik edib.
Söhbət zamanı Yaxın Şərqdəki son vəziyyət də müzakirə olunub, lakin detalları açıqlanmayıb.
Müşviq Tofiqoğlu
KONKRET.az