Rusiya Prezidenti Vladimir Putin və İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian Yaxın Şərqdəki son hadisələri müzakirə ediblər.
“Cebheinfo.az”-ın Kremlin mətbuat xidmətinə istinadən məlumatına görə, İran Prezidenti 11 apreldə İslamabadda keçirilən İran-Amerika danışıqlarını qiymətləndirib və Rusiyanın beynəlxalq platformalar da daxil olmaqla, vəziyyətin gərginliyinin azaldılmasına yönəlmiş prinsipial mövqeyini yüksək qiymətləndirib. Məsud Pezeşkian, həmçinin Rusiyaya İran xalqına göstərilən humanitar yardıma görə təşəkkür edib.
Putin münaqişənin siyasi və diplomatik yolla həlli axtarışlarını davam etdirməyə və Yaxın Şərqdə ədalətli və davamlı sülhün bərqərar olması üçün səylərə vasitəçilik etməyə hazır olduğunu vurğulayıb. Bu məqsədlə Rusiya regiondakı bütün tərəfdaşlarla aktiv əlaqələri davam etdirəcək.
İkitərəfli əməkdaşlığın cari məsələlərinin müzakirəsi zamanı tərəflər mehriban qonşuluq münasibətlərini hər cəhətdən daha da gücləndirmək üçün qarşılıqlı öhdəliklərini bir daha təsdiqləyiblər.
Məsud Pezeşkian Putini və Rusiyadakı bütün pravoslav xristianları Pasxa bayramı münasibətilə təbrik edib.