AZ

Putin və Pezeşkian İran-Amerika danışıqlarını müzakirə ediblər

Rusiya Prezidenti Vladimir Putin iranlı həmkarı Məsud Pezeşkianla telefon danışığı aparıb.Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Tərəflər Yaxın Şərqdəki vəziyyəti müzakirə edib, regionda baş verən son hadisələr ətrafında fikir mübadiləsi aparıblar.

Pezeşkian aprelin 11-də İslamabadda keçirilən İran-ABŞ danışıqlarını qiymətləndirib.

İran Prezidenti Rusiyanın göstərdiyi humanitar yardıma görə Putinə təşəkkür edib.

Tərəflər həmçinin ikitərəfli əməkdaşlığın cari məsələlərini müzakirə edərək mehriban qonşuluq münasibətlərinin möhkəmləndirilməsinə sadiqliklərini təsdiqləyiblər.

Putin Yaxın Şərqdə uzunmüddətli sülhün təmin olunması üçün vasitəçilik səylərini davam etdirməyə hazır olduğunu bildirib. 

Seçilən
0
1
anews.az

10Mənbələr