Rusiya prezidenti Vladimir Putin və İran prezidenti Məsud Pezeşkian arasında telefon danışığı baş tutub.
Musavat.com xəbər verir ki, tərəflər Yaxın Şərqdəki mövcud vəziyyəti və İslamabadda keçirilən İran-ABŞ danışıqlarının yekunlarını müzakirə ediblər.
Məsud Pezeşkian gərginliyin azaldılması məsələsində Rusiyanın nümayiş etdirdiyi prinsipial mövqeyə görə minnətdarlığını bildirib və göstərilən humanitar yardıma görə təşəkkür edib.
Öz növbəsində Rusiya lideri Moskvanın regionda uzunmüddətli sülhə nail olmaq üçün diplomatik yollarla vasitəçilik səylərini davam etdirməyə hazır olduğunu təsdiqləyib. Söhbətin sonunda İran prezidenti Vladimir Putini və pravoslav xristianları Pasxa bayramı münasibətilə təbrik edib.
Musavat.com