AZ

Qəzzada ölənlərin sayı 72.302-yə çatıb

İsrail ordusunun Qəzza zolağına hücumları nəticəsində ölənlərin sayı 72 302 nəfərə çatıb.

Missiya.Az xəbər verir ki, bu barədə Qəzza Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, son 24 saat ərzində Qəzzada xəstəxanalara 7 ölü və 17 yaralı gətirilib.

10 oktyabr 2025-ci ildə Qəzzada atəşkəs qüvvəyə mindikdən bəri İsrailin hücumlarında 723 nəfər həlak olub, 1990 nəfər yaralanıb və dağıntılar altından 759 cəsəd çıxarılıb.

İsrailin 2023-cü ilin oktyabr ayından hücumları nəticəsində ölənlərin ümumi sayının 72.302-yə, yaralıların isə 172.090-a çatdığı bildirilir. Hələ də minlərlə cəsədin dağıntılar altında qaldığı güman edilir.

İlahə Qənbərli

Missiya.Az

Seçilən
22
3
missiya.az

10Mənbələr