AZ

Tokioda sakura ağacları sakinlərə təhlükə yaratmağa başlayıb

ain.az, Oxu.az portalına istinadən məlumat verir.

Yaponiyanın paytaxtı Tokioda köhnəlmiş sakura ağaclarının aşması halları artıb və bu, şəhər sakinləri üçün təhlükə yaradır.

Oxu.Az xəbər verir ki, bu barədə "Japan Today" məlumat yayıb.

Bildirilib ki, son illərdə paytaxtda sakura ağaclarının aşması ilə bağlı hallar çoxalıb. Təkcə ötən il Tokioda 80-dən çox ağac aşıb və bəzi hallarda xəsarət alanlar olub.

Mütəxəssislər qeyd edirlər ki, bu vəziyyət ağacların yaşlanması, xəstəliklər və iqlim dəyişikliklərinin təsiri ilə bağlıdır. Xüsusilə, göbələk xəstəlikləri və torpağın vəziyyətinin pisləşməsi ağacların dayanıqlığını zəiflədir.

Şəhər rəhbərliyi artıq riskli hesab olunan ağacların kəsilməsi və yenilənməsi ilə bağlı tədbirlər planı hazırlayır.

Qeyd edək ki, sakura mövsümü Tokioda ən çox turist cəlb edən dövrlərdən biridir və hər il minlərlə insan çiçəklənən ağacları izləmək üçün parklara üz tutur.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
23
50
oxu.az

10Mənbələr