AZ

Türkiyədə ağır qəza: avtobusu piyada keçidinin dirəyinə çırpıldı - VİDEO

Türkiyədə səhər saatlarında Ankara-İstanbul yolunda qəza baş verib.

Bizim.Media Türkiyə KİV-nə istinadla xəbər verir ki, Ankara-Kızılcahamam marşrutu ilə hərəkət edən özəl ictimai avtobus sürücünün idarəetməni itirməsi və piyada keçidinin dayaq dirəyinə çırpılması nəticəsində yoldan çıxıb.
 

Ətrafdakıların verdiyi məlumata əsasən, hadisə yerinə çoxsaylı tibb, polis və yanğınsöndürmə briqadaları göndərilib.


İlkin məlumatlara görə, 4 nəfər ölüb, 13 nəfər yaralanıb.

Yaralılar qəzaya uğramış avtobusdan çıxarılaraq təcili yardımla yaxınlıqdakı xəstəxanalara aparılıb.

Ölən 4 nəfərin cəsədi isə Məhkəmə Tibbi Ekspertizası İnstitutuna aparılıb.
 

Bizim.Media

 

Seçilən
28
39
bizim.media

10Mənbələr