AZ

Derbi öncəsi azarkeşlər arasında gərginlik – Polis müdaxilə etdi – Video

Bu gecə Trabzonda baş tutacaq “Trabzonspor” – “Qalatasaray” derbisindən əvvəl Akçaabat rayonunda gərgin anlar yaşanıb.

KONKRET.az xəbər verir ki, azarkeşləri daşıyan avtobus işıqforda dayanarkən, avtobusdan düşən “Qalatasaray” azarkeşləri ilə yoldan keçən “Trabzonspor” azarkeşləri arasında mübahisə yaranıb.

Hadisə yerinə polis cəlb olunub və qarşıdurma daha da böyümədən sakitləşdirilib.

Hadisə zamanı başqa bir vətəndaşın kamerasına əks olunan görüntülərdə “Qalatasaray” azarkeşlərinin polis müdaxiləsinə müqavimət göstərdiyi görünür. Polis hadisənin daha ciddi insidentə çevrilməsinin qarşısını alıb.\\“Qafqazinfo”

Seçilən
9
39
konkret.az

10Mənbələr