Qafqazinfo saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Ötən gün Azərbaycan Kubokunun 1/2 final mərhələsinin ilk görüşləri çərçivəsində keçirilən “Turan Tovuz” - “Zirə” (0:2) matçındakı hakim qərarları müzakirələrə səbəb olub.
“Qafqazinfo” xəbər verir ki, qarşılaşmanın baş hakimi Əliyar Ağayevin iki epizodda verdiyi qərar tovuzluları özündən çıxarıb.
Həm “Turan Tovuz” rəsmiləri, həm də azarkeşləri hakimin zirəlilərin qapısına penalti təyin etməməsinə etiraz edib. Oyundan sonra klubun rəsmi səhifələri də bununla bağlı paylaşım edib.
Paylaşımda VAR-ın da bu epizodlara müdaxilə etməməsi tənqid olunub.
Xatırladaq ki, “Turan Tovuz”un prezidenti Ehtiram Quliyev məsələyə dair sərt açıqlama verərək, futbolçuların haqqını hakim Əliyar Ağayevə halal etmədiyini bildirib.
Müzakirələrə səbəb olan görüntüləri təqdim edirik:
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.