"Bayern Münhen" klubunun kapitanı Manuel Noyer komanda ilə məşqlərə başlayıb.
Offsideplus.az xəbər verir ki, təcrübəli qolkiperlə yanaşı, müdafiəçi Rafael Gerreyru da kollektivə qoşulub.
40 yaşlı qapıçı martın 6-da Münhenqladbax "Borussiya"sına qarşı keçirilən oyunda (4:1) zədələnərək fasilədə əvəzlənmişdi.
Qeyd edək ki, Noyer cari mövsümdə bütün turnirlər daxil olmaqla 29 matçda iştirak edib. O, bu qarşılaşmaların 10-da qapısını toxunulmaz saxlamağı bacarıb