AZ

Noyer məşqlərə başladı

“Bavariya”nın qapıçısı və kapitanı Manuel Noyer komanda ilə məşqlərə başlayıb.

Msport.az xəbər verir ki, təcrübəli qolkiperlə yanaşı, müdafiəçi Rafael Gerreyru da kollektivə qoşulub.

40 yaşlı qapıçı martın 6-da Bundesliqanın XXV turunda Münhenqladbax “Borussiya”sına qarşı keçirilən oyunda (4:1) zədələnərək fasilədə əvəzlənmişdi.

Qeyd edək ki, Noyer cari mövsümdə bütün turnirlər daxil olmaqla 29 matçda iştirak edib. O, bu qarşılaşmaların 10-da qapısını toxunulmaz saxlayıb.

Seçilən
0
2
msport.az

3Mənbələr