AZ

"Bavariya"nın kapitanı Manuel Noyer komanda ilə məşqlərə başlayıb

Almaniyanın "Bavariya" klubunun qapıçısı və kapitanı Manuel Noyer komanda ilə məşqlərə başlayıb.

"Far.Az"un klubun mətbuat xidmətinə istinadən məlumatına görə, təcrübəli qolkiperlə yanaşı, müdafiəçi Rafael Gerreyru da kollektivə qoşulub.

40 yaşlı qapıçı martın 6-da Bundesliqanın XXV turunda Münhenqladbax "Borussiya"sına qarşı keçirilən oyunda (4:1) zədələnərək fasilədə əvəzlənmişdi.

Qeyd edək ki, M.Noyer cari mövsümdə bütün turnirlər daxil olmaqla 29 matçda iştirak edib. O, bu qarşılaşmaların 10-da qapısını toxunulmaz saxlayıb.

Seçilən
1
2
far.az

3Mənbələr