Almaniyanın “Bavariya” klubunun qapıçısı və kapitanı Manuel Noyer komanda ilə məşqlərə başlayıb.
90deqiqe.Az-ın klubun mətbuat xidmətinə istinadən məlumatına görə, təcrübəli qolkiperlə yanaşı, müdafiəçi Rafael Gerreyru da kollektivə qoşulub.
40 yaşlı qapıçı martın 6-da Bundesliqanın XXV turunda Münhenqladbax “Borussiya”sına qarşı keçirilən oyunda zədələnmişdi. O, həmin qarşılaşmanın fasiləsində əvəzlənmişdi.
Qeyd edək ki, Manuel Noyer cari mövsüm bütün turnirlər daxil olmaqla 29 oyunda meydana çıxıb. Təcrübəli qolkiper bu matçların 10-da qapısını toxunulmaz saxlayıb.