AZ

Taleh Qaraşov bayram ərəfəsində vətəndaş qəbulu keçirdi - FOTOLAR

Martın 18-də Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov növbəti səyyar görüş-qəbulunu Xolmili kənd inzibati ərazi dairəsinin sakinləri ilə keçirib.

"Unikal" xəbər verir ki, qəbul-görüşdə şəhər İcra hakimiyyəti aparatının məsul şəxsləri, hüquq mühafizə orqanlarının, yerli idarə və müəssisələrin nümayəndələri də iştirak ediblər.

Səyyar görüş-qəbulun əlamətdar günlərə təsadüf etdiyini vurğulayan Taleh Qaraşov yerli sakinlərin timsalında bütün lənkəranlıları Ramazan və Novruz bayramları münasibətilə təbrik edib. 

İcra başçısı ötən səyyar görüşdə qaldırılan məsələlərin icra vəziyyəti barədə məlumat verib, yerli icra hakimiyyətinin səlahiyyətlərinə aid olan və obyektiv qaldırılan məsələlərin həllini tapdığını, digər məsələlər barədə aidiyyəti mərkəzi icra hakimiyyəti orqanlarına rəsmi müraciətlər ünvanlandığını qeyd edib.

Dövlət başçısının tapşırığına uyğun olaraq yerlərdə səyyar görüşlərin keçirilməsinin önəmindən danışan Taleh Qaraşov bildirib ki, məqsəd vətəndaşları birbaşa dinləmək, onları narahat edən problemlərin həllinə köməklik göstərmək və yerlərdə qaldırılan məsələlər barədə mərkəzi icra hakimiyyəti orqanlarına müraciətlər ünvanlamaqdır. İcra başçısı sakinlər tərəfindən qaldırılan məsələlərin şəxsi nəzarətində olduğunu və heç bir müraciətin diqqətdən kənar qalmadığını qeyd edib.  

Xolmili kəndinin sakinləri cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın sosial-iqtisadi sahəyə ayırdıqları diqqət nəticəsində ölkəmizdə sosial inkişaf istiqamətində mühüm nailiyyətlərin əldə olunduğunu bildiriblər və buna görə onlara minnətdarlıqlarını ifadə ediblər.

Seçilən
68
1
unikal.az

10Mənbələr