AZ

Niyazi Bayramov vətəndaşlarla növbəti görüş keçirdi - FOTOLAR

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov ADAU-nun nəzdində fəaliyyət göstərən Gəncə Dövlət Aqrar Kollecində növbəti dəfə şəhər sakinləri ilə görüş keçirib.

"Unikal" xəbər verir ki, qəbulda Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, bələdiyyə sədrləri, idarə, müəssisə və təşkilat rəhbərləri iştirak ediblər.

Sakinlərin müraciətlərini diqqətlə dinləyən Niyazi Bayramov işlə təminat, maddi yardımın göstərilməsi, subartezian quyusunun təmiri və digər məsələlərlə bağlı müraciətlərə münasibət bildirib. İcra başçısı qaldırılan problemlərin operativ həlli üçün müvafiq tapşırıqlar verib. Bir çox məsələlər yerindəcə həllini tapıb, digərləri isə araşdırılaraq qanunvericiliyə uyğun şəkildə icra olunmaq üçün qeydiyyata götürülüb.

Sakinlər göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Qeyd edək ki, vətəndaşlarla səyyar görüşlər mütəmadi olaraq keçirilir.

 

Seçilən
29
50
unikal.az

10Mənbələr