“Təxminən 35-40 il bundan əvvəl Bakı şəhərində kooperativ evlər tikilib və bu evlərə quraşdırılan liftlərin istismar müddəti çoxdan keçib. Bu binalarda quraşdırılan liftlərin sayı təxminən 1000 ədəddir. Həmin binalarda yaşayan insanların liftlərin dəyişdirilməsi üçün imkanları çatmadığından hesab edirəm ki, hökumət məsələyə müdaxilə etməsə, həmin liftlərin dəyişdirilməsi çox çətin bir problemə çevriləcək. Eyni zamanda çox qısa bir vaxtda risklər yarana bilər”.
Bizim.Media xəbər verir ki, bunu birinci vitse-spiker Əli Əhmədov Milli Məclisin bugünkü iclasında Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatının müzakirəsi zamanı deyib.
O, hökumətdən bu məsələni həll edilməsini xahiş edib:
“Xahiş edirəm ki, hökumət bu məsələnin vəsait tələb etməsinə baxmayaraq 5 illik və ya ola bilsin ki, 10 illik proqram çərçivəsində reallaşdırılması üçün addımlar atsın”.
Deputat, həmçinin, son illərdə doğulan uşaqların sayındakı azalma məsələsinə də toxunub:
“Son bir neçə il ərzində Azərbaycanda əhalinin artım tempində azalma müşahidə olunmaqdadır. 2015-ci ildə Azərbaycanda yüz altmış mindən yuxarı uşaq doğulduğu halda, 2025-ci ildə bu göstərici yüz minin altında olub.
2015-ci ildə Azərbaycanın məktəblərində 1,5-1,6 milyon uşaq təhsil alırdısa, əgər bu temp davam etsə, bir neçə ildən sonra bizim məktəblərimizdə oxuyanların sayı təxminən bir milyon olacaq.
Bu da əlli minə yaxın müəllimin ixtisarı riskləri yaradır.
Bir neçə on ildən sonra isə yəqin ki, pensiyada olan əhali ilə işləmək qabiliyyətində olan əhali arasında nisbətdə ciddi dəyişikliklər baş verəcək ki, bu da həm iqtisadiyyatımıza, həm də sosial siyasətimizə ciddi təsir göstərə bilər. Güman edirəm ki, 2026-cı ildə və ondan sonrakı illərdə hökumətimizin demoqrafik məsələlərə diqqəti artırılacaq”.
Günay Şahmar, Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta