“Təxminən 35-40 il bundan əvvəl Bakı şəhərində kooperativ evlər tikilib və bu evlərə quraşdırılan liftlərin istismar müddəti çoxdan keçib”.
"Cebheinfo.az" xəbər verir ki, bunu birinci vitse-spiker Əli Əhmədov Milli Məclisin bu gün keçirilən plenar iclasında Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında məruzəsinin müzakirəsi zamanı bildirib.
“Bu binalarda quraşdırılan liftlərin sayı təxminən 1000 ədəddir. Orada yaşayan insanların həmin liftlərin dəyişdirilməsi üçün imkanları çatmır. Hesab edirəm ki, hökumət həmin məsələyə müdaxilə etməsə, o liftlərin dəyişdirilməsi çox çətin bir problemə çevriləcək və eyni zamanda çox qısa bir vaxtda risklər yarana bilər. Xahiş edirəm, hökumət vəsait tələb etsin və 5-10 illik proqram çərçivəsində reallaşması üçün addım atsın”, - Əli Əhmədov qeyd edib.
"Cebheinfo.az"