AZ

Azərbaycanda 50 min müəllim işsiz qala bilər Əli Əhmədov

ain.az, Demokrat.az saytına istinadən bildirir.

Azərbaycanda uşaq doğumunun sayında kəskin azalma qeydə alınır. Milli Məclisin bu gün keçirilən iclasında hökumətin ötənilki fəaliyyəti müzakirə edilərkən bu məsələ diqqət çəkib. Birinci vitse-spiker Əli Əhmədov çıxışında ölkədəki demoqrafik vəziyyətlə bağlı həyəcan təbilini çalıb.Demokrat.az-ın məlumatına görə parlament rəsmisi son onillikdə qeydə alınan statistik fərqi rəqəmlərlə müqayisə edib. O, ölkənin artım tempinin zəiflədiyini vurğulayıb. “Məlum olduğu kimi, son bir neçə ildə Azərbaycanın artım tempində azalma müşahidə olunur. 2015-ci ildə Azərbaycanda 160 mindən çox uşaq doğulduğu halda, 2025-ci ildə bu göstərici 100 minin altında olub” deyə Əli Əhmədov bildirib.

Bu tendensiyanın gələcəkdə təhsil sisteminə və əmək bazarına ciddi təsir edəcəyi gözlənilir. Birinci vitse-spiker azalan uşaq sayının minlərlə müəllimin işsiz qalma təhlükəsini yaratdığını qeyd edib. O, eyni zamanda pensiya yaşına çatanlarla işləyən əhali arasındakı balansın pozulacağından narahatlığını ifadə edib.Əli Əhmədov hökuməti bu istiqamətdə daha fəal addımlar atmağa çağırıb. “2015-ci ildə orta məktəblərdə 1.5-1.6 milyon uşaq təhsil alırdısa, bir neçə il sonra məktəblərdə təhsil alan uşaqların sayı 1 milyon olacaq. Bu da 50 minə yaxın müəllimin ixtisarı riskini də yaradır. Bir neçə on il sonra isə pensiyada olan əhali ilə işləmək qabiliyyəti olan əhali arasında nisbətdə ciddi dəyişiklik olacaq. Güman edirəm ki, 2026-cı ildə və sonrakı illərdə Əli müəllimin başçılığı ilə hökumət demoqrafik məsələlərə diqqəti artırmış olacaq” deyə parlament rəsmisi fikirlərini tamamlayıb.Demokrat.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
29
1
demokrat.az

10Mənbələr