AZ

İrandakı alman və ispan diplomatlar Azərbaycana təxliyə olundu



Axşam saatlarında “Astara” dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə xarici ölkə vətəndaşlarının təxliyəsi davam etdirilib.

Almaniyadan olan 13 nəfər və İspaniyadan olan 6 diplomatik nümayəndə “Astara” dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə təxliyə olunub. Onların sərhəddən təhlükəsiz keçidi təmin edilib.

“Astara” dövlət sərhədindən buraxılış məntəqəsində təxliyə prosesi fasiləsiz davam etdirilir və keçidlər müvafiq prosedurlara uyğun olaraq, aidiyyəti qurumların nəzarəti altında həyata keçirilir.

ZÜMRÜD

Seçilən
134
49
baki-xeber.com

10Mənbələr