AZ

İrandan növbəti təxliyə: Alman və ispan diplomatik nümayəndələri Azərbaycana təxliyə olunub

Axşam saatlarında “Astara” dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə xarici ölkə vətəndaşlarının təxliyəsi davam etdirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Almaniyadan olan 13 nəfər və İspaniyadan olan 6 diplomatik nümayəndə “Astara” dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə təxliyə olunub. Onların sərhəddən təhlükəsiz keçidi təmin edilib.

“Astara” dövlət sərhədindən buraxılış məntəqəsində təxliyə prosesi fasiləsiz davam etdirilir və keçidlər müvafiq prosedurlara uyğun olaraq, aidiyyəti qurumların nəzarəti altında həyata keçirilir.

Seçilən
107
49
azerbaijan-news.az

10Mənbələr