AZ

Çin vətəndaşları İrandan təxliyə olundu

“Astara” dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə İrandan xarici vətəndaşların təxliyəsi davam edir.

Bakıvaxtı.az xəbər verir ki, bu gün bir qrup Çin vətəndaşı “Astara” dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə təxliyə olunaraq Azərbaycan ərazisinə daxil olub.

Bu gün saat 09:00-dan 12:00-dək ümumilikdə 12 nəfər İrandan Azərbaycan ərazisinə təxliyə olunub. Onların 8-i Çin, 1-i Kanada, 3-si isə Azərbaycan vətəndaşıdır.

Təxliyə olunan şəxslər sərhəd buraxılış məntəqəsində müvafiq sənəd yoxlanışı və qeydiyyat prosedurlarından keçdikdən sonra təhlükəsizlik qaydalarına uyğun şəkildə ölkə ərazisinə buraxılıblar.

Seçilən
39
7
bakivaxti.az

10Mənbələr