“Astara” dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə İrandan təxliyə prosesi davam edir.
Publika.az Teleqraf-a istinadən xəbər verir ki, təxliyə çərçivəsində Qazaxıstanın 3 diplomatik nümayəndəsi sərhədi keçərək Azərbaycan ərazisinə təxliyə olunub.
Bundan əlavə, səhər saatlarında Rusiyanın 8 vətəndaşı da “Astara” dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə İrandan təxliyə olunub.
Təxliyə olunan şəxslər müvafiq sənəd yoxlanışı və qeydiyyat prosedurlarından keçdikdən sonra təhlükəsiz şəkildə ölkə ərazisinə buraxılıblar.