Oğuz rayonunda polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə sosial şəbəkədə qeyri-etik və əxlaqsız ifadələr işlədən 27 yaşlı M.Cəfərov saxlanılıb.
1news.az AZƏRTAC-a istinadən xəbər verir ki, M.Cəfərov “Yeraz” adlı “TikTok” hesabında canlı yayım açaraq əxlaq normaları ilə bir araya sığmayan hərəkətlərə yol verib. Həmin şəxs barəsində toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilib.