Oğuz rayonunda polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə sosial şəbəkədə qeyri-etik və əxlaqsız ifadələr işlədən 27 yaşlı M.Cəfərov saxlanılıb.
Xezerxeber.az-ın xəbərinə görə, o, “TikTok” hesabında canlı yayım açaraq əxlaq normaları ilə bir araya sığmayan hərəkətlərə yol verməkdə ittiham olunur. Həmin şəxs barəsində toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilib.