AZ

“TikTok”da canlı yayımda əxlaqsız ifadələr səsləndirən şəxs SAXLANILDI

Oğuz rayonunda polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə sosial şəbəkədə qeyri-etik və əxlaqsız ifadələr işlədən 27 yaşlı M.Cəfərov saxlanılıb.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, o, “Yeraz” adlı “TikTok” hesabında canlı yayım açaraq əxlaq normaları ilə bir araya sığmayan hərəkətlərə yol verib.

Həmin şəxs barəsində toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilib.

Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu

Seçilən
15
15
bizim.media

10Mənbələr