AZ

Premyer Liqa: “Qəbələ” “Turan Tovuz”a qarşı – ARENA.AZ

Bu gün futbol üzrə Azərbaycan çempionatının (Premyer Liqa) 2025/26 mövsümünün 14-cü turundan təxirə salınmış bir oyun keçiriləcək.

Arena.az xəbər verir ki, günün yeganə oyunu “Qəbələ” ilə “Turan Tovuz” arasında baş tutacaq.

Qarşılaşma Qəbələ şəhər stadionunda keçiriləcək.

Xatırladaq ki, bu oyun ötən ilin sonlarında əlverişsiz hava şəraiti səbəbindən yarıda qalmışdı.

“Qəbələ” ölkə çempionatının 21 turundan sonra 15 xalla 12 iştirakçı arasında 10-cu sırada qərarlaşıb. “Turan Tovuz” isə 37 xalla 3-cüdür. Hər iki komanda qalib gələcəyi halda indiki mövqeyində qalacaq.

Bu, Qəbələ və Tovuz təmsilçilərinin milli çempionatdakı 10-cu görüşü olacaq. Əvvəlki 9 oyunda “Qəbələ” 2, “Turan Tovuz” 4 qələbə qazanıb, 3 görüş bərabərliklə yekunlaşıb. Top fərqi isə “Qəbələ”nin xeyrinədir – 12:10. “Turan Tovuz” son üç matçda qalib gəlib. “Qəbələ” son üç ev görüşündə qol vurub.

Premyer Liqa
14-cü turun oyunu
24 fevral

“Qəbələ” – “Turan Tovuz”
Qəbələ şəhər stadionu, 15:00.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Seçilən
4
9
arena.az

10Mənbələr