AZ

Trampın iqamətgahına daxil olmaq istəyən silahlı şəxs öldürüldü

ABŞ Məxfi Xidmətinin əməkdaşları Amerika lideri Donald Trampın Floridadakı Mar-a-Laqo iqamətgahının ərazisinə daxil olmağa çalışan silahlı şəxsi zərərsizləşdiriblər.

Publika.az xəbər verir ki, bu barədə xidmətin mətbuat katibi Entoni Qulyelmi məlumat verib.

Silahlı şəxs bazar günü səhər erkən saatlarda Mar-a-Laqonun mühafizə olunan ərazisinə qanunsuz daxil olduqdan sonra ABŞ Məxfi Xidmətinin agentləri və polis tərəfindən güllələnib.

Paylaşımda bildirilir ki, təxminən 20 yaşlarında olan kişi ABŞ Prezidentinin iqamətgahının şimal darvazası yaxınlığında aşkar edilib. O, hadisə yerindəcə güllələnərək öldürülüb.

Seçilən
3
1
publika.az

10Mənbələr