AZ

Su olmayacaq

Naxçıvan şəhərində su xəttində qəza baş verib.

 

Pravda.az xəbər verir ki, qəza Naxçıvan şəhərinin 6-cı məhəlləsi və Hacıniyyət kəndini içməli su ilə təmin edən magistral xəttə qeydə alınıb.

 

Qəzanın fəsadlarının aradan qaldırılması ilə əlaqədar sözügedən ərazilərdə içməli suyun verilişində bu gün saat 23:00-dan etibarən müvəqqəti fasilə yaranacaq.

 

Təmir-bərpa işləri yekunlaşdırıldıqdan sonra içməli suyun verilməsi bərpa olunacaq.

Tarix: 11 Fevral 2026, 00:31   
Seçilən
28
5
pravda.az

10Mənbələr