Naxçıvan şəhərində su xəttində qəza baş verib.
Publika.az xəbər verir ki, qəza Naxçıvan şəhərinin 6-cı məhəlləsi və Hacıniyyət kəndini içməli su ilə təmin edən magistral xəttə qeydə alınıb. Qəzanın fəsadlarının aradan qaldırılması ilə əlaqədar sözügedən ərazilərdə içməli suyun verilişində bu gün saat 23:00-dan etibarən müvəqqəti fasilə yaranacaq.
Təmir-bərpa işləri yekunlaşdırıldıqdan sonra içməli suyun verilməsi bərpa olunacaq.