ain.az, Konkret.az saytına istinadən bildirir.
Naxçıvanda bəzi ərazilərdə içməli suyun verilməsində fasilə yaranacaq.
KONKRET.az xəbər verir ki, Naxçıvan şəhərinin 6-cı məhəllələri və Hacıniyyət kəndini içməli su ilə təmin edən magistral xətdə baş verən qəzanın aradan qaldırılması ilə əlaqədar sözügedən ərazilərin müəyyən ünvanlarında içməli suyun verilməsində bu gün saat 23:00-dan etibarən müvəqqəti fasilə yaranacaq.
Qəzanın aradan qaldırılması istiqamətində müvafiq işlər aparılır. Təmir-bərpa işləri yekunlaşdırıldıqdan sonra içməli suyun verilməsi əvvəlki rejim üzrə bərpa olunacaq.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.