AZ

Vilayət Eyvazov mayoru redaktor təyin etdi – FOTO

Daxili İşlər Nazirliyinin (DİN) rəsmi mətbuat orqanı olan “Polis” qəzetinə yeni redaktor (baş redaktor statuslu) təyin edilib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, polis mayoru Anar Qafarov “Polis” qəzetinin redaktoru vəzifəsinə təyinat alıb.

O, daha öncə DİN-in Mətbuat Xidməti İdarəsinin Media və İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi vəzifəsində çalışıb.

Qeyd edək ki, “Polis” qəzetinin redaktoru, polis polkovniki Hafiz Təmirov bir müddət vəzifəsindən ayrılıb.(yenisabah)

Seçilən
26
3
nocomment.az

10Mənbələr