AZ

Polis mayoru redaktor təyin edildi - FOTO

Daxili İşlər Nazirliyinin (DİN) rəsmi mətbuat orqanı olan "Polis" qəzetinə yeni redaktor (baş redaktor statuslu) təyin edilib.

Milli.Az xəbər verir ki, bu barədə daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, polis mayoru Anar Qafarov "Polis" qəzetinin redaktoru vəzifəsinə təyinat alıb.  

O, daha öncə DİN-in Mətbuat Xidməti İdarəsinin Media və İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi vəzifəsində çalışıb.

Qeyd edək ki, "Polis" qəzetinin redaktoru, polis polkovniki Hafiz Təmirov bir müddət vəzifəsindən ayrılıb./Yenisabah.az

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Seçilən
11
7
milli.az

10Mənbələr