AZ

Vilayət Eyvazov mayoru redaktor təyin etdi

Daxili İşlər Nazirliyinin (DİN) rəsmi mətbuat orqanı olan “Polis” qəzetinə yeni redaktor (baş redaktor statuslu) təyin edilib.

Ucnoqta.az xəbər verir ki, bu barədə daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, polis mayoru Anar Qafarov “Polis” qəzetinin redaktoru vəzifəsinə təyinat alıb.  

O, daha öncə DİN-in Mətbuat Xidməti İdarəsinin Media və İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi vəzifəsində çalışıb.

Qeyd edək ki, “Polis” qəzetinin redaktoru, polis polkovniki Hafiz Təmirov bir müddət vəzifəsindən ayrılıb.///yenisabah

Seçilən
15
3
ucnoqta.az

10Mənbələr