Daxili İşlər Nazirliyinin (DİN) rəsmi mətbuat orqanı olan “Polis” qəzetinə yeni redaktor (baş redaktor statuslu) təyin edilib.
Publika.az xəbər verir ki, bu barədə daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Əmrə əsasən, polis mayoru Anar Qafarov “Polis” qəzetinin redaktoru vəzifəsinə təyinat alıb.
O, daha öncə DİN-in Mətbuat Xidməti İdarəsinin Media və İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi vəzifəsində çalışıb.