AZ

Azərbaycanda icbari sığorta bazarı 7% böyüyüb

2025-ci ildə Azərbaycanda icbari sığorta növlərinin hesabına 365,811 milyon manat sığorta haqqı toplanılıb.

Day.Az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 2024-cü illə müqayisədə 23,9 milyon manat və ya 7% çoxdur.

Hesabat dövründə icbari sığorta növləri üzrə ödənişlər isə 6,9 milyon manat və yaxud 4,9% artaraq 146,6 milyon manata çatıb.

Beləliklə, ötən il icbari sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 40,1 manatı müştərilərə geri ödənilib.

Qeyd edək ki, 2025-ci ildə Azərbaycanda sığorta şirkətlərinin xətti ilə 1,505 milyard manat sığorta haqqı yığılıb. Bu göstərici 2024-cü ilə nisbətən 151,5 milyon manat və ya 11,2% çoxdur.

Eyni zamanda hesbat dövründə Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən 920,4 milyon manat sığorta ödənişi edilib ki, bu göstərici 2024-cü illə müqayisədə 167,7 milyon manat və ya 22,3% artım deməkdir.

Seçilən
30
5
day.az

7Mənbələr