AZ

Jando Fuş “Qəbələ”yə lazım olmadı – ARENA.AZ

Azərbaycan Premyer Liqasında mübarizə aparan “Qəbələ” Kamerun əsilli fransalı mərkəz yarımmüdafiəçisi Jando Fuş ilə yollarını ayırıb.

Arena.az xəbər verir ki, bu barədə əyalət klubunun mətbuat xidməti məlumat yayıb.

28 yaşlı futbolçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verildiyi diqqətə çatdırılıb.

Xatırladaq ki, Fuş “Qəbələ”yə 2025-ci il oktyabrın 10-da azad agent kimi transfer edilmişdi. O, geridə qalan 3 ay 16 gündə cəmi 4 matçda meydana çıxıb. Futbolçu etimadı doğrultmadığı üçün müqaviləsi erkən ləğv edilib.

Jando Fuş karyerasına Fransanın “Soşo” klubunda başlayıb. Daha sonra İspaniya təmsilçisi “Alaves”ə transfer olunmuş futbolçu İsrail klubu “Makkabi”nin (Hayfa) formasını geyinib. Şotlandiyada “Dandi Yunayted”, İngiltərədə isə “Piterboro Yunayted”in heyətində çıxış etmiş Fuşun “Qəbələ”dən öncəki sonuncu iş yeri İsrailin “Bney Saxnin” klubu olub.

Fuş Fransanın U-19 və U-20 milli komandalarının şərəfini qorusa da, əsas millidə debüt şansı qazanmayıb. Bu üzdən də o, Kamerunun əsas millisində oynamağa qərar verib. O, bu komandanın heyətində 2 oyuna çıxıb.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Seçilən
17
8
arena.az

10Mənbələr