AZ

Rza Cəfərov “Neftçi” ilə yeni müqavilə bağladı, “Qəbələ”yə keçdi – ARENA.AZ

Futbol üzrə Azərbaycan milli komandasının da üzvü olan gənc qapıçısı Rza Cəfərov “Neftçi” ilə yeni müqaviləyə imza atıb.

Arena.az xəbər verir ki, bu barədə paytaxt klubunun rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, 22 yaşlı futbolçu ilə müqavilənin müddəti 2027/2028-ci illər mövsümünün sonuna qədər artırılıb.

“Neftçi” qapıçısı ilə yeni müqavilə bağlasa da, onu icarəyə verib. Belə ki, 22 yaşlı qapıçı hər hansı bir satınalma şərti olmadan bu mövsümün sonunadək “Qəbələ” klubuna icarəyə verilib.

Rza Cəfərov “Neftçi”nin öz yetirməsidir. 2022/2023-cü illər mövsümündən “Neftçi”nin əsas komandasının şərəfini qoruyan gənc qolkiper bu müddət ərzində 63 rəsmi oyuna çıxıb. O, bu görüşlərdə 85 qol buraxıb, 17 matçda qapısını toxunulmaz saxlayıb.

Azərbaycanın U-21 yığmasında da oynamış Cəfərov 2024-cü ildə debüt etdiyi əsas millimizin heyətində 6 oyun keçirib, qol buraxıb, 3 matçda qapısını toxunulmaz saxlamağı bacarıb.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Seçilən
18
7
arena.az

10Mənbələr