AZ

A Seriyası: “Udineze” “Verona”ya səfərdə qalib gəldi – ARENA.AZ

Bu gün futbol üzrə İtaliya çempionatında (A Seriyası) 2025/2026-cı illər mövsümünün 22-ci turunun oyunlarına yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə bir qarşılaşma baş tutub.

Turun qapanış matçında “Verona” doğma meydanda “Udineze” ilə qarşılaşıb. Dörd qolun qeydə alındığı oyunda qonaqlar qələbə qazanıblar.

Beləliklə, geridə qalmış 22 turdan sonra 52 xala malik “İnter” vahid liderdir. “Milan” 47 xalla ikinci pillədə qərarlaşıb. “Roma” və “Napoli”nin 43, “Yuventus”un 42, “Komo”nun 40, “Atalanta”nın 35 xalı var.

İtaliya, A Seriyası
22-ci tur
23 yanvar

İnter – Piza 6:2
Qollar: Zelinski, 39-pen. L.Martnes, 41. Espozito, 45+2. Dimarko, 82. Bonni, 86. Mxitaryan, 90+3 – S.Moreo, 11; 23.

24 yanvar

Komo – Torino 6:0
Qollar: Duvikas, 8; 66. Baturina, 16. Da Kunya, 59-pen. Kun, 70. Kakre, 76.

Fiorentina – Kalyari 1:2
Qollar: Breşianini, 74 – S.Kılıçsoy, 31. Palestra, 47.

Leççe – Latsio 0:0

25 yanvar

Sassuolo – Kremoneze 1:0
Qol: Fadera, 3.

Atalanta – Parma 4:0
Qollar: Skamakka, 15-pen. De Ron, 24. Raspadori, 73. Krstoviç, 90+3.

Cenoa – Bolonya 3:2
Qollar: Malinovski, 62. Ekuban, 78. Messias, 90+1 – L.Ferquson, 35. Otoa, 47-öz qapısına.

Yuventus – Napoli 3:0
Qollar: David, 22. K.Yıldız, 77. Kostiç, 86.

Roma – Milan 1:1
Qollar: Pelleqrini, 74-pen – De Vinter, 62.

26 yanvar

Verona – Udineze 1:3
Qollar: Orban, 26 – Atta, 23. Zanoli, 58. Davis, 67.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Seçilən
144
11
arena.az

10Mənbələr