AZ

Azərbaycan Gürcüstandan elektrik enerjisi alışını artırıb

Bakı. Trend:

Ötən ilin yanvar-noyabr aylarında Azərbaycandan Gürcüstanatəqribən 493,980 milyon kVt/saat həcmində elektrik enerjisi ixracedilib.

Trend-inDövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, bumiqdarda elektrik enerjisinin ixracından əldə olunan gəlir təqribən28,501 milyon ABŞ dolları olub.

Gürcüstana elektrik enerjisi ixracı 2024-cü ilin eyni dövrü iləmüqayisədə həcm ifadəsi ilə 643,9 milyon kVt/saat və ya 2,3 dəfə,dəyər ifadəsi ilə 29,805 milyon ABŞ dolları, yaxud 2 dəfəazalıb.

Eyni zamanda, 2025-ci ilin ilk 11 ayı ərzində GürcüstandanAzərbaycana 3,252 milyon ABŞ dolları dəyərində, 50,034 milyonkVt/saat həcmində elektrik enerjisi satılıb.

Bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə dəyərifadəsində 442 min ABŞ dolları və ya 15,7%, həcm ifadəsində isə 6,8milyon kVt/saat və ya 15,7% çoxdur.

Qeyd edək ki, 2025-ci ilin yanvar-noyabr ayları ərzindəAzərbaycandan ümumilikdə dörd ölkəyə - Rusiya, Gürcüstan, İran vəTürkiyəyə 69,7 milyon ABŞ dolları dəyərində, 1,221 milyard kVt/saathəcmində elektrik enerjisi ixrac edilib.

Həmçinin hesabat dövründə Azərbaycan Rusiya, Gürcüstan vəİrandan 7,2 milyon ABŞ dolları dəyərində 167,5 milyon kVt/saatelektrik enerjisi idxal edib.

Seçilən
64
6
az.trend.az

8Mənbələr