AZ

İran Azərbaycandan elektrik enerjisi alışını artırıb

Ötən ilin yanvar-noyabr aylarında Azərbaycandan İran İslam Respublikasına təqribən 34,453 milyon kVt/saat həcmində elektrik enerjisi ixrac edilib.

"Unikal" xəbər verir ki,  Dövlət Statistika Komitəsindən verilən məlumata görə, bu miqdarda elektrik enerjisinin ixracından əldə olunan gəlir təqribən 979 min ABŞ dolları olub.

İrana elektrik enerjisi ixracı 2024-cü ilin eyni dövrü ilə müqayisədə həcm ifadəsi ilə 806 min kVt/saat və ya 2,4%, dəyər ifadəsi ilə 23 min ABŞ dolları, yaxud 2,4% artıb.

Eyni zamanda, 2025-ci ilin ilk 11 ayı ərzində İrandan Azərbaycana 908 min ABŞ dolları dəyərində, 31,951 milyon kVt/saat həcmində elektrik enerjisi satılıb.

Bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 10 min ABŞ dolları və ya 1,1%, həcm ifadəsində isə 380 min kVt/saat və ya 1,2% azdır.

Qeyd edək ki, 2025-ci ilin yanvar-noyabr ayları ərzində Azərbaycandan ümumilikdə dörd ölkəyə - Rusiya, Gürcüstan, İran və Türkiyəyə 69,7 milyon ABŞ dolları dəyərində, 1,221 milyard kVt/saat həcmində elektrik enerjisi ixrac edilib.

Həmçinin hesabat dövründə Azərbaycan Rusiya, Gürcüstan və İrandan 7,2 milyon ABŞ dolları dəyərində 167,5 milyon kVt/saat elektrik enerjisi idxal edib.

Seçilən
79
6
unikal.az

8Mənbələr